Bakıda 9 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər paytaxtın və yarımadanın bəzi yerlərində zəif duman olacaq, axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir.Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 0 dərəcə şaxtadan 5 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan, 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.
7news.az








