RU
Azərbaycanda yalnız bir rayonda becərilən bitki
23:49
597

Azərbaycanda yalnız bir rayonda becərilən bitki

Təbiətdə bir çox bitki və ağac növləri var ki, onlar yalnız konkret bir iqlim şəraitində bitir. Yəni onu başqa yerdə becərmək və ya məhsul əldə etmək çox çətindir. Bunlardan biri də Azərbaycan təbiətinə yad olan və əsasən Cənubi Amerika, Afrika və Asiya ölkələrində yetişən quava bitkisidir. Lakin Masallı rayonunun Şərəfə kənd sakini, 81 yaşlı Aslan Rəhimov nəinki bu ağacı becərməyə, hətta məhsul götürməyə belə nail olub.

7news.az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Masallı rayonunun Şərəfə kənd sakini Aslan Rəhimovun nəvəsi quava meyvəsini Şri-Lankadan gətirib. Ağsaqqal bağçılığa olan hədsiz marağı səbəbindən meyvənin toxumlarını saxlayıb və bu bitkini dibçəkdə becərməyə nail olub. Hazırda ağac meyvə də verir. Bağbanın sözlərinə görə, bu meyvə tam yetişməmiş halda yeyiləndə turş, yetişmiş halda isə şirin olur. Qabığı nazik olduğundan qabıqla yemək də mümkündür. İçərisi qabıq divarına nisbətən daha yumşaq və ətlidir. Tərkibində portağaldan 4 dəfə çox C vitamini olan quava meyvəsinin orqanizmi infeksion xəstəliklərdən müdafiə etdiyi, ən çox isə öskürəyə və soyuqdəyməyə qarşı istifadə edildiyi bildirilir. Əzələlərin və sinir sisteminin işinə də müsbət təsir göstərdiyi üçün ağır idman hərəkətlərindən sonra qəbul edilməsi də tövsiyə edilir.

7news.az

Videonu izləmək üçün şəkilə klikləyin.

Azərbaycanda yalnız bir rayonda becərilən bitki

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ