RU
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə HÜCUM: Bıçaqla...
13:08
525

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə HÜCUM: Bıçaqla...

Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın edənin şəxsiyyəti bilinib.

7News.az-ın məlumatına görə, basqın rayonun Alar kəndi ərazisindəki məntəqəyə edilib.

Ötən gecə saat 03 radələrində kənd ərazisində yerləşən "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk etsə də, rayon polis şöbəsi əməkdaşlarının keçirtdiyi operativ əməliyyat nəticəsində onun kimliyi məlum olub.

Bu,elə Alar kənd sakini 1970-ci il təvəllüdlü Hüseynov Əliməmməd Yəhya oğludur. Hazırda həmin şəxsin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir. //big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ