RU
Azərbaycanda yeni beynəlxalq aviareyslər açılacaq
21:15
720

Azərbaycanda yeni beynəlxalq aviareyslər açılacaq

Azərbaycanda əlverişli yeni beynəlxalq aviareyslər təşkil olunacaq.

7news.Az-ın məlumatına görə, bu məsələ Prezident İlham Əliyevinimzaladığı Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda nəzərdə tutulur.

Sərəncama əsasən Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq uçuşların (reyslərin) təşkili ilə bağlı tədbirlər görmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ