RU
Azərbaycanda yeni hərbi obyektlər tikilir - FOTO/VİDEO
15:17
717

Azərbaycanda yeni hərbi obyektlər tikilir - FOTO/VİDEO

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, cəbhəboyu zonada olan nazirliyin rəhbər heyəti yeni inşa edilməkdə olan bir neçə hərbi obyektdə icra edilən tikinti işlərinin vəziyyətini yoxlayıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi obyektlərdə aparılan tikintinin gedişatı ilə maraqlanıb, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ