Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonuna səfəri çərçivəsində İdman Kompleksinin açılışında iştirak edib.
7news.az-ın məlumatına görə, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan kompleksin tikintisinə 2013-cü ilin may ayında başlanıb.
Kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.
Prezident kompleksin üzgüçülük hovuzu, taekvondo və boks zalında yaradılan şəraitlə də maraqlanıb.
7news.az













