Tovuzun 3 kəndini rayon mərkəzi ilə birləşdirən Yuxarı Öysüzlü kəndi ərazisindəki körpü yeni inşa edilsə də indidən sütunlarında problemlər yaranıb. Bu isə sürücülər və körpüdən istifadə edən sakinləri narahat edir. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən körpü 12 il əvvəl Yuxarı Öysüzlü kəndi ərazisində inşa edilib. Ağdam, Vahidli və Yuxarı Öysüzlü kəndlərindinin sakinləri bu müddət ərzində körpüdən gündəlik istifadə etməkdədirlər. Indi isə körpü sütununu saxlayan beton lövhələrin altındakı torpaq boşaldığından təhlükə yaranıb. Körpünün özündə hər hansı problem olmasa da sütunun dibindəki mövcud vəziyyət istər istəməz görənləri narahat edir.Kənd sakini Kazım Məmmədov deyir ki, körpü bərbad gündədi. Sel gələrsə uçma ehtimalı çoxdu.
"Mütəxəssis gələ baxa. Dövlət xərc qoyub. Xahiş edirəm burdan ölçü götürülə. O beton qoyulmuşdu sel olanda dəyməmək üçün indi də uçub bərbad gündədi. Suyun gücüdə düşüb körpünün bu qulagına
Video: Sürücülər də gündəlik bu körpüdən gedib gəlirlər. Körpünün alt hissəsindəki torpaq sahələrindən də əkib becərənlər var. Bu da öz növbəsində sütunların dibinin torpağının boşalmasına səbəb olur."
Körpünün vəziyyəti ilə əlaqədar aidiyyatı qurumla, yol istismarı idarəsi ilə əlaqə saxladıq. Azərbaycan Avtomobil yolları dövlət afentliyi 26 nömrəli yol istismarı MMC nin əməkdaşları körpüyə baxış keçirdilər. Körpüdə vəziyyətin təhlükəli olmadığını bildirdilər. Yalnız gələcəkdə güclü sel və daşqınlar olarsa sütunun həmin hissəsinə mənfi təsir edə biləcəyini istisna etmədilər.
Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirdi ki yaxın zamanda körpüdəki problem həll ediləcək. Uzunluğu 149 metr olan körpünün eni də 7 metrdir.
















