Azərbaycanda Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobil qəzaya düşüb.
7News.Az "Yeni Sabah”a istinadən xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə yayılıb. Xəbərdə bildirilir ki, Ələt-Hacıqabul yolunda baş verib. Belə ki, içində polislərin olduğu xidməti avtomobil yol ayrıcına çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, YPX maşınına ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
<iframe width="500" height="300" src="https://bax.tv/player/85913.html" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></iframe>








