Quba rayonunda zəlzələ olub.
7News.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 09:13-də Quba şəhərindən 15 km cənub-qərbdə, Quba rayonu ərazisində zəlzələ qeydə alınıb.
Dərinliyi 5 km, maqnitudası 3.7 olan zəlzələ hiss olunmayıb.








