Gəncə şəhərində zəncirvarı yol qəzası baş verib.
7news.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hyundai" markakı, daha sonra "Niva" və "VAZ-2107" markalı maşınlara çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
İlkin ehtimala görə, qəza "Mercedes"in sürücüsünün sükan arxasında özünü pis etməsi səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








