RU
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
16:00
483

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb

Yanvarın 2-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər - Nigeriya vətəndaşı saxlanılıb.

Bu barədə 7NEWS.Az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ