RU
Azərbaycandan Türkiyənin daha iki hava limanına uçuşlar həyata keçiriləcək
21:33
258

Azərbaycandan Türkiyənin daha iki hava limanına uçuşlar həyata keçiriləcək

Azərbaycandan Türkiyənin Qazipaşa və Alanya hava limanlarına birbaşa aviareyslər həyata keçiriləcək.

7news.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu Qazipaşa və Alanyaya birbaşa aviareyslərin Almaniya aviaşirkəti tərəfindən təşkil ediləcəyini bildirib. Onun sözlərinə görə, şirkət həftədə 4 gün, 3 ayrı-ayrı şəhərdən aviareyslər təşkil edəcək.

Türkiyə XİN rəhbəri Azərbaycan, Çexiya və Danimarkadan da aviareyslərin həyata keçiriləcəyini bildirib. O qeyd edib ki, hazırda məsələ ilə bağlı danışıqlar davam edir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ