RU
Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub
21:40
428

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) 7News.Az-a verilən məlumata görə, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcək.

AŞF-in təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da 19 - 26 noyabrda keçiriləcək dünya çempionatında millinin şərəfini qoruyacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ