RU
Azərbaycanı dünyada təmsil edən qrup rəhbəri danışdı
15:03
1015

Azərbaycanı dünyada təmsil edən qrup rəhbəri danışdı

Dünyaca məşhur və həmyerlimiz Bəxtiyar Ağayarovun rəhbərlik etdiyi "Ballet Vatana"nın uğurları gündən günə daha da artır.

Belə ki, qazandıqları uğurlarla ilk və tək adını qazanan qrup, artıq 17 ildir ki fəaliyyət göstərir.

Bu cür uğurları olan bir qrupun nə cür bu səviyyəyə gəlib çıxmasını isə rəhbər Bəxtiyar Ağayarovdan eşidək.

Müsahibəni 7News.Az olaraq təqdim edirik.

“Ballet Vatan” haqqında nə deyə bilərsiniz?

- “Ballet Vatan” Avropanın ən böyük özəl balet qruppasıdır. Heyyət 140 beynəlxalq professional rəqqasdan ibarətdir. Dünyanın hər bir yerində kastinqlər təşkil edilir. Məsələn: Slovakiya , Rusiya , Ukrayna , Gürcüstan , Türkiyə , Kuba. “Ballet Vatan” 1999-cu ildən fəaliyyət göstərir. Reallaşdırdığımız layihələrdən ən böyüyü Flippindəki “Rezort World” böyük kazino şousudur (Urvin Caus show), Royal Palase (Fransa), Windows of the world( Çin Şenjen şəhəri), Cirk Americana (İtaliya), Medrana Cirk (Fransa), UL Vaynax Circus (Almaniya). Bizim çox professional baletmestrlərimiz, rejissorlarımız, xareoqraflarımız var.

Nə üçün məhz baleti seçmisiniz?

- 1987-ci ildə Azərbaycan Xareoqrafiya Akademiyasını bitirdim. O zaman Azərbaycanda Qəhrəman Nəsirovun İstedad rəqs qrupu var idi. 2 il orda çalışdım. Öncə Almaniyaya daha sonra isə 1993-cü ildə Ukraynaya getdim və orada bir neçə il teatrda işlədim. 1999-cu ildə kollektiv yaranandan sonra biz Azərbaycan diasporasının tədbirlərində Azərbaycan rəqs mədəniyyətini Ukraynada ilk olaraq tanıtdıq. Bir çox dünya ölkələri ilə müqavilələrimiz olduğu üçün məşhur rəqs qruppalarının üzvləri bizim qrupa gəldilər və hətta bizim milli rəqsləri oynamağa başladılar.

İlk dəstəyi kimdən almısınız?

- İlk dəstəyi təbii ki Allahdan almışdıq. Çünki, o bizə istedad bəxş etmişdi. Sonrakı dəstəyimiz isə bizim ali təhsilimiz oldu. Biz hər şeyi sıfırdan başladıq. Bu sahəyə daxil olanda heç kim inanmırdı ki, biz uğur qazanacağıq. Çünki, Ukraynada kifayət qədər çox güclü rəqs məktəbləri mövcud idi. Əsas önəmli məqam isə odur ki, hal-hazırda biz Ukraynanın ən böyük balet qruppasıyıq.

Ümumiyyətlə siz hədəfində olduğunuz pilləyə gəlib çatmısınızmı?

-İstəyimə çatmışam. Biz öz mədəniyyətimizi və incəsənətimizi dünyada təbliğ edirik və artıq bizi dünyada tanıyırlar.

140 nəfər rəqqasın hamısı fərqli ölkələrdəndir?

-22 Kubalı rəqqasımız var ki, onlar Opera və Balet teatrının rəqqaslarıdır. Bizim qrupa çox güclü məktəblərdən gəliblər. Bununla yanaşı qrupumuzda Azərbaycan, Belarusiya , Rusiya , Ukrayna, Gürcüstan, Kolumbiya və bir çox dünya ölkələrinin rəqqasları vardır. Bütün rəqqaslara dərslər Kubada keçirilir.

Hal-hazırda sizə rəqib ola biləcək bir qrup varmı?

- Dünyada üzrə çox professional və məhşur rəqs qrupları vardır. Amma bizim rəqibimiz yoxdur. Biz sirk artistləri ilə də işləyirik. Monako şahzadəsinin təşkil etdiyi “Monte Karlo” festivalında bizim artistlər də iştirak ediblər. O cümlədən “Ballet Vatan” və Kabzof sirki ilə bərabər Monako şahzadəsi Stefaniyanın iştirak və açılış etdiyi kastinq təşkil etmişdir.

Rəqqaslar niyə məhz “Ballet Vatan”ı seçir?

- Təbii ki, Vətən sözünə görə. Çünki hər bir rəqqas bu kollektivdə özünü vətənindəki kimi hiss edir. Bizim kollektiv böyük bir ailədir. Bizim üçün professionallıq və ondan da önəmli meyar insanlıqdır!

Sonda nə demək istərdiniz?

Bizi dəvət edib, fəaliyyətimizi işıqlandırdığınız üçün sizə öz dərin təşəkkürümüzü bildiririk.

Ellada Mustafazadə

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ