RU
Azərbaycanın 13 rayonunun qazsız qaldı
21:45
402

Azərbaycanın 13 rayonunun qazsız qaldı

Magistral qaz xəttində sızmalar olub.

Hacıqabul-Astara qaz kəmərindən qidalanan Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı rayonlarının və Lənkəran şəhərinin qaz təchizatı bu gün günorta saatlarından dayandırılıb.

7news.az Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycanın 13 rayonunun qaz təchizatının dayandırılmasına Hacıqabul-Astara magistral qaz xəttindəki sızmalar səbəb olub.

“Azəriqaz” İB-dəki mənbələrdən əldə olunan məlumata görə, hazırda magistral qaz xəttində fasiləsiz təmir işləri aparılır. Qazsız qalmış 13 rayonun qaz təchizatının sabah saat 10 radələrində bərpa olunması nəzərdə tutulub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ