RU
Azərbaycanın Almaniyadan idxalı kəskin artıb
19:30
276

Azərbaycanın Almaniyadan idxalı kəskin artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın Almaniya ilə apardığı ticarət mübadiləsinin həcmi 333,231 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,9% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Almaniyaya ixracın həcmi 45,383 mln. dollar təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 2,5 dəfə azdır. İdxalın həcmi isə 287,848 mln. dollara bərabər olub ki, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,8% çoxdur.

Nəticədə, 2021-ci ilin yanvar-may aylarında 242,464 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ