RU
Azərbaycanın AŞPA və ATƏT-dəki nümayəndə heyətlərinin tərkibi dəyişdirilir
13:57
381

Azərbaycanın AŞPA və ATƏT-dəki nümayəndə heyətlərinin tərkibi dəyişdirilir

Azərbaycanın Avropa Şurası Parlament Assambleyası və ATƏT-dəki nümayəndə heyətlərinin tərkibi dəyişdirilir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, nümayəndə heyətinin üzvlərindən elələri var ki, V çağırış Milli Məclisin üzvü seçilməyib: “Onların əvəzinə yeni üzvlər seçiləcək”.

S.Seyidov bildirib ki, nümayəndə heyətinin yeni tərkibi AŞPA-nın yanvar sessiyasından əvvəl təsdiq edilib təşkilata göndəriləcək.

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova da Trend-ə ATƏT-dəki nümayəndə heyətinin tərkibinə dəyişiklik ediləcəyini bildirib.

B.Muradova qeyd edib ki, nümayəndə heyətinin üzvü olanlardan bu seçkilərdə deputat seçilməyənlər var: “Bu baxımdan nümayəndə heyətinin tərkibinə dəyişiklik olunacaq”. /trend

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ