RU
Azərbaycanın BMT-də beynəlxalq təşkilatlar yanında yeni daimi nümayəndəsi təyin edildi
13:41
162

Azərbaycanın BMT-də beynəlxalq təşkilatlar yanında yeni daimi nümayəndəsi təyin edildi

Prezident İlham Əliyev Q.M.İsrafilovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam verib.
7News.Az bildirir ki, sərəncamla Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ