RU
Azərbaycanın əməkdar artisti 1-ci yerə layiq görüldü
13:23
1528

Azərbaycanın əməkdar artisti 1-ci yerə layiq görüldü

Azərbaycanın əməkdar artisti Təyyar Bayramov "Зов Урала" beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb.

7News.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbhuat xidmətinə istinadən xəbərinə görə, azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyanın müəllimi Təyyar Bayramov 27-30 mart tarixlərində Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən "Зов Урала" adlı Xalq musiqi orkestr və ansambllarının beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb.

Müsabiqədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Tatarıstan, Belarusiya, Rusiya Federasiyasının vilayətləri və digər ölkələr iştirak edib. Müsabiqə ümumilikdə 500 nəfər tərkibdən ibarət olub. Azərbaycan Nümayəndə heyətinin tərkibində əməkdar artist Təyyar Bayramovla yanaşı, tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusifov təmsil olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ