Əməkdar artist Adil Zeynalov vəfat edib.
7News.Az xəbər verir ki, bu barədə APA-ya aktyorun yaxınları məlumat veriblər.
A. Zeynalov dünən gecə Bakıda Topçubaşov adına xəstəxanada dünyasını dəyişib.
O, Lənkəranda dəfn ediləcək.
Qeyd edək ki, A. Zeynalov Lənkəran Dövlət Teatrının aktyoru idi.









