Noyabrın 11 də Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Mingəçevir şəhərinin 68 yaşı tamam oldu. Bu münasibətlə Mingəçevir şəhər İcra Hakimiyyətinin sifarişi ilə Mingəçevir Dövlət Dram Teatrında bayram tədbiri keçirildi. Tədbirə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov başda olmaqla şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Bakıdan dəvət olunmuş rejissor Günay Səttarın quruluş verdiyi tədbir şəhər sakinlərinin yaddaşında əbədi izlər buraxdı. Bayram tədbirində Mingəçevir Dövlət Dram teatrı Xalq artist Valeh Kərimovun aktyorlar Eyvaz Əliyevin,Aytən Allahverdiyavinin,Aydın Quliyevin,Afət Əliyevanın ifasında "Gəl qohum olaq" tamaşası,həmçinin Azərbaycan Dövlət Musiqili Komediya teatrının aktyorları Ülviyyə Əliyevanın və Elxan Hüseynovun, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyorları Rəhim Rəhimovun və Rahilə İbadovanın oynad səhnələr tamaşaçıların böyük marağına səbəb oldu. Tədbir sonra konsert proqramı ilə davam etdi. Xalq artisti, professor Zamiq Əliyevin rəhbərliyi ilə Mədəniyyət və İncəsənət Universitetinin Xalq çalğı alətləri ansamblı gözəl musiqi nömrələri ilə çıxış etdilər. Konsert proqramında eləcədə Əməkdar artist Fizurə İbadova, Əməkdar artist Zakir Əliyev və mingəçevirli sevilən mügənni Nəriman Mingəçevirli çıxış etdilər.
Sonda tamaşaçıların gur alqışları ilə bayram konserti proqramı sona yetdi.
7news.Az













