RU
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
20:41
575

Azərbaycanın hərbi qulluqçusu şəhid olub

 Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aqil Qismət oğlu Məlikov noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 
Məlumata görə, Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ