RU
Azərbaycanın keçmiş hərbi prokuroru vəfat etdi
11:24
2780

Azərbaycanın keçmiş hərbi prokuroru vəfat etdi

1993-1995-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini- hərbi prokuroru olmuş general mayor Təhməzov Nizami İsa oğlu dünyasını dəyişib.
 
7NEWS.az xəbər verir ki, bu barədə mərhumun qardaşı oğlu Orxan Təhməzli məlumat verib. O vurğulayıb ki, əmisi Nizami Təhməzov ürək çatışmamazlığından, 70 yaşında dünyasını dəyişib və Sumqayıt qəbristanlığında dəfn edilib.
 
Mərhumun 3 mərasimi sabah saat 11:00-dan Həzi Aslanov metrosunun yaxınlığındakı "Zəm-zəm” mərasim evində keçiriləcək.
 
Allah Rəhmət eləsin!
 
Xatırladaq ki, Nizami İsa oğlu Təhməzov 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1982-ci ildə Bakı şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, 1992-ci ildən Respublika hərbi prokurorunun 1-ci müavini vəzifələrində çalşıb. N. Təhməzov 1993-1995-ci illərdə Respublika hərbi prokuroru olub. 1994-cü il noyabr ayının 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Ədliyyə general –mayoru rütbəsi verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ