RU
Azərbaycanın Kempo komandası Vətənə 5 qızıl medalla döndülər
11:23
1628

Azərbaycanın Kempo komandası Vətənə 5 qızıl medalla döndülər

19-22 may tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən Dünya Döyüş növləri oyunlarında Azərbaycanın Kempo komandası da iştirak edib.

Azərbaycan Kempo təşkilatının mətbuat xidməti rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, yarışda 28 yaxın ölkənin idmançıları iştirak edib. Yarışın nəticələrinə görə, İbrahimli Toğrul Rauf oğlu 55 kg çəkidə 1 yer (MMA), Allahverdiyev Cavid Ramiz oğlu 61 kg-da 1 yer (MMA), Məmmədzadə Xəyal Novruz oğlu 75 kg-da 1 yer (Grappling), Sadıqzadə Ülvi Adil oğlu 80 kg 1 yer (Grappling), Əlizadə Orxan Sədrəddin oğlu (OPEN) 1 yerin (Grappling) sahibi olaraq, komanda hesabında 3-cü yerin qalibi olublar. Komanda yarışda 12 nəfərdən ibarət idmançı ilə qeydiyyatdan keçərək, 2 məşqçi və 6 idmançı ilə təmsil olunub. Qeyd edək ki, mötəbər Dünya Döyüş növləri oyunlarında komandaya “Beynəlxalq Kempo Federasiya”sının Azərbaycanda rəsmi səlahiyyətli nümayəndəsi, Azərbaycanda Kempo təşkilatının rəhbəri Rauf İbrahimov başçılıq edib. İdmançılarımız mayın 23-də Vətənə dönür.

7News.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ