Aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb.
Dövlət Gömrük Komitəsi tərəfindən aparılan araşdırmalar nəticəsində ölkəmizin milli mətbəxinə aid olan bəzi qida məhsullarının Müstəqil Dövlət Birliyi ölkələrinin (MDB) ticarət şəbəkələrində ticari adı və istehsal yeri haqqında məlumatların təhrif olunaraq müvafiq idxalatçılar tərəfindən satışa buraxılması halları müəyyən edilib.
Bu barədə komitədən 7news.Az-a bildirilib.
“Belə ki, ölkəmizin milli mətbəxinə xas olan “Tut doşabı” və s. qida məhsullarının, üzərindəki ticarət nişanlarında Ermənistan brendi olduğu, üstəlik istehsal edildiyi tarixi Azərbaycan torpaqları - Xankəndi şəhəri, Xocalı rayonu Ermənistan ərazisi kimi göstərilməklə satışa təqdim olunur”,- deyə komitə qeyd edib.
Beynəlxalq hüquq və ticarət qaydalarının kobud şəkildə pozulması hallarını müəyyənləşdirən Dövlət Gömrük Komitəsi qeyri-qanuni əməllərin qarşısının alınması və həmin malların idxalına yol verilməməsi məqsədilə aidiyyəti qurumların qarşısında məsələ qaldırıb.
7news.Az








