RU
Azərbaycanın Qarabağ xanımlarının geyimləri nümayiş etdirilib
11:48
1189

Azərbaycanın Qarabağ xanımlarının geyimləri nümayiş etdirilib

Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nın ikinci günündə möhtəşəm moda sərgisi nümayiş etdirilib. Sərgidə ölkənin gənc modelyerlərinin kolleksiyaları təqdim edilib.

Moda sərgisində iştirak edən Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına  Mədəniyyət Mərkəzi  Azərbaycanın Qarabağ diyarının geyimlərini nümayiş etdirib.

Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri  nümayiş etdirmişlər.

Azərbaycan xalq mahnısı "Sarı gəlin"in sədaları altında modelyer qızlar XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, zadəgan Qarabağ xanımlarının geyimlərini nümayiş etdiriblər.

Xüsusi daş-qaşlarla bəzədilmiş və ipəkdən hazırlanan geyimlərə böyük maraqla qarşılanıb və Festivalın Təşkilat Komitəsi tərəfindən xüsusi mükafata layiq görülüb.

Qarabağ geyimlərini Bakı Geyim Evi tərəfindən hazırlanmış və  Mədəniyyət  Mərkəzinin "Azərbaycan milli geyimləri"  muzeyində daimi nümayiş etdirilir.

İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəni irs təqdim olunub, milli geyimin hər bir xalqın qədim tarixi, zəngin mədəniyyətinin göstəricisi olduğu sərgilənib.

Qeyd edək ki, sərgidə Özbəkistanın bir sıra gənc modelyerlərinin müasir, klassik stilə aid kolleksiyaları nümayiş etdirilib. Bir sıra yeni kolleksiyalar, əsasən Şərq qadın geyim kolleksiyalarına üstünlük verilib.

Sərgi Daşkənddə böyük rezonans doğurmuş, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış  və yerli mətbuatda geniş işıqlandırılmışdır.

Moda sərgisində Özbəkistan Rəssamlıq Akademiyası, Dizayn institutları, Azərbaycanın Özbəkistandakı Səfirliyi, xarici diplomatlar, tanınmış mədəniyyət, incəsənət nümayəndələri, bu sahə üzrə çalışam müəllim və tələbələr, mətbuat  nümayəndələri iştirak ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ