Xəbər verdiyimiz kimi, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirin Luksor şəhərində keçirilən Birləşmiş Mİllətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında iştirak edir. Azərbaycan öz namizədliyini sədrliyə təqdim edib, aparılmış danışıqlar nəticəsində və üzv ölkələrin dəstəyi ilə ölkəmizin sədrliyi təsdiqlənib.
7news.Az xəbər verir ki, sədrin birinci müavini Zambiya, ikinci müavini isə Serbiya seçilib.
Bununla bağlı, Azərbaycan adından sədr qismində çıxış edən Əbülfəs Qarayev sədrlik müddətində Ümumdünya Turizm Təşkilatı tərəfindən turizmin inkişafı və insanların rifahına töhfə verməsi, həmçinin 2017-ci ilin "İnkişaf naminə davamlı turizm beynəlxalq ili” olduğunu nəzərə alaraq, bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyəcəyini bildirib.
7news.Az












