RU
Azərbaycanın tanınmış diktoru vəfat edib
11:25
962

Azərbaycanın tanınmış diktoru vəfat edib

O nəfəs çatışmazlığından əziyyət çəkirdi.

Azərbaycanın tanınmış diktoru Davud Əhmədov bu gecə vəfat edib.

Bu barədə mərhumun oğlu Vəliəhd Əhmədov məlumat verib. Onun sözlərinə görə, 74 yaşlı diktor nəfəs çatışmazlığından əziyyət çəkib.

Mərhum bu gün saat 18.00-da Bakının Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, 1941-ci ildə Lənkəranda anadan olan Davud Əhmədov uzun illər Azərbaycan Dövlət Televiziyasında xəbərlər proqramının aparıcısı olub./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ