RU
Azərbaycanın tanınmış rejissoru
10:43
1404

Azərbaycanın tanınmış rejissoru

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev vəfat edib.

O, uzun sürən ağır xəstəlikdən bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, F.Əliyevin 43 yaşlı oğlu Rəşad Əliyev də yaxın günlərdə dünyasını dəyişib. İctimai Televiziyanın (İTV) əməkdaşı olan R.Əliyevin fevralın 27-də dənizdən meyiti tapılıb.

Xatırladaq ki, F.Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.

O, "Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və s. filmlərin rejissoru olub. /report.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ