RU
Azərbaycanın üç qat dünya çempionu öldü
11:13
1914

Azərbaycanın üç qat dünya çempionu öldü

Poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionu Zərdüşt Həsrətov dünyasını dəyişib.

7News.Az xəbər verir ki, bu barədə idmançının yaxın dostları sosial şəbəkədə yazıblar. 

Məlumata əsasən 22 yaşlı idmançı ötən gün evdə tək olub, səhhətində qəfil problem yaranıb.

İdmançının dostu Aydın Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, ilkin versiyaya görə idmançı ürəkçatışmazlığından həyatını itirib: “Onun ölümü ilə bağlı ekspertiza rəyi yaxın günlərdə bilinəcək”. 

Aydın Hüseynovun sözlərinə görə, indiyədək idmançının səhhəti ilə bağlı heç bir şikayəti olmayıb. 

7News.Az

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ