RU
Azərbaycanın xarici borcu açıqlandı
21:45
1214

Azərbaycanın xarici borcu açıqlandı

1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,894.3 mln. dollar (10,751.0 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8% təşkil edib.

Maliyyə Nazirliyindən 7news.Az-a verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Borc vəsaitlərinin 58,6%-i hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32,9%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 8,5%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Cari ilin 1 yanvar tarixi vəziyyətinə xarici dövlət borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 8,8%, valyutalar üzrə isə dollar ilə – 66,3%, avro – 20,4%, yapon yeni – 2,5%, BƏƏ dirhəmi – 0,8%, İslam dinarı – 0,6%, Səudiyyə rialı – 0,4%, Küveyt dinarı – 0,2%.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ