RU
Azərbaycanın xilasediciləri daha 11 şəxsin meyitini çıxarıb
12:40
173

Azərbaycanın xilasediciləri daha 11 şəxsin meyitini çıxarıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha 11 şəxsin meyitini çıxarıb.

 FHN-in xilasediciləri tərəfindən şəhərin Pınar məhəlləsindəki binanın dağıntıları altından fevralın 13-də 7, bu gün isə 4 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, Azərbaycanın FHN-in bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ