Razılıq əldə olundu.
Azərbaycan istehsalı olan ət və süd məhsulları Rusiyaya ixrac olunacaq.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, artıq ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsi Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən reyestrə daxil edilib.
“Bu isə həmin müəssisələrə istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac etmək imkanı yaradır” - deyə, nazirlikdən bildirilib.
Nazirlik onu da vurğulayıb ki, digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.








