Şennak faktaraşdırıcı səfərinin yekunları ilə bağlı çıxış hazırlayıb.
Mayın 23-də AŞPA Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirə keçiriləcək.
7News.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, komitənin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 5-9 aprel tarixlərində Azərbaycana faktaraşdırıcı səfərinin yekunları ilə bağlı çıxış edəcək.
Xatırladaq ki, S. Şennak Azərbaycan üzrə həmməruzəçi vəzifəsinə ötən il dekabrın 9-da təyin olunub.








