RU
Azərbaycanla Ermənistan arasında dövlət sərhədindən buraxılış məntəqələri müəyyənləşib
18:45
156

Azərbaycanla Ermənistan arasında dövlət sərhədindən buraxılış məntəqələri müəyyənləşib

Nazirlər Kabineti "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

7NEWS.Az-ın xəbərinə görə, dəyişikliyə əsasən, buraxılış məntəqəərinin sayı artırılıb:
Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi – Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.

Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.

Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi).

Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi)
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ