Azərbaycanda "Formula-1" yarışının keçirilmə müddəti uzadılıb.
7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, 2023-cü ildə müddəti bitməli olan üç illik müqavilə 2024-cü ildə başa çatacaq. Müqavilənin müddətinin uzadılmasına səbəb fors-major halıdır.
Ötən il Bakıda pandemiya səbəbindən yarış baş tutmadığından tərəflər arasında imzalanmış müqavilənin müvafiq bəndinə əsasən, sözləşmə avtomatik uzadılıb.
7News.Az








