RU
Azərbaycanla Konstitusiyaya dəyişikliklər layihəsi ilə bağlı işləməyə hazırıq
11:19
1623

Azərbaycanla Konstitusiyaya dəyişikliklər layihəsi ilə bağlı işləməyə hazırıq

Venesiya Komissiyası sentyabrın 26-da keçiriləcək referendumun predmeti olan Konstitusiyaya dəyişikliklər layihəsinə rəy üçün müraciət üzərində işləməyə hazırdır.

Bu barədə açıqlamasında Avropa Şurası Venesiya Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Tatyana Mışelova bildirib.

T. Mışelova qeyd edib ki, son illər Azərbaycanla Venesiya Komissiyası arasında çox məhdud əməkdaşlıq nəzərə çarpır: “Bu günə kimi də biz nə Azərbaycan rəsmilərindən, nə də Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq orqanlarından Konstitusiyaya dəyişikliklər layihəsinə rəy verilməsi ilə bağlı sorğu almışıq”. /apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ