RU
“Azərbaycanla oyunda bunu etsəm, gülməli olar
13:11
762

“Azərbaycanla oyunda bunu etsəm, gülməli olar

DÇ-2018-in seçmə mərhələsində Azərbaycanı qəbul edəcək Çexiya millisinin yarımmüdafiəçisi Yan Şikora yerli mətbuata müsahibə verib.

7News.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirmişik və 0:2 hesabı ilə məğlub olmuşuq. Bu gün bu nəticənin təkrarlanmasından qorxmursuz?

- Ciddi deyirsiz? Bu, həqiqətdir? Mən bu oyunu xatırlamıram. Məğlubiyyəti təsəvvür belə etmək istəmirəm. 

- Almaniya ilə səfər oyununda komanda çox zəif təsir bağışlayırdı...

- Almaniya güclü komanda idi. Məğlub olsaq da, təcrübəmizi artırdıq. Azərbaycana qarşı daha motivasiya ilə oynayacağıq.

- Çıxış etdiyin "Slovan” klubu Avropa Liqasında Azərbaycanın "Qarabağ” komandası ilə eyni qrupda mübarizə aparır. Səfərdə onlara qarşı da oynamısız və qol vurmusuz. Az-çox nəsə öyrənmisiz?

- Yalnız kapitanları Rəşas Sadıqovu tanıyıram. O, bizi son anda 3 xaldan məhrum edən qolun müəllifi olmuşdu. "Qarabağ”ın digər futbolçuları isə ispan və braziliyalılar idi.

- "Qarabağ”ın müdafiə xəttində 3 futbolçu azərbaycanlı futbolçu çıxış edirdi və siz 10-cu saniyədə qol vuraraq rekorda imza atdınız. Bu gün eyni uğuru bacara bilərsiz?

- 10.69-cu saniyə (gülür). Dəqiqliklə xatırlayıram. Azərbaycanla oyunda bunu etsəm, gülməli olar.

- Azərbaycan millisi haqda nə məlumatın var?

- Qrupda 6 xal toplayıblar. Öz meydanlarında isə Norveçi məğlub ediblər. Heyətlərində yaxşı futbolçuları var. Xüsusilə də müdafiə xəttində etibarlıdırlar. Norveçin qapısına 1 zərbə endirdilər və qolla nəticələndi. Biz buna görə Azərbaycandan ehtiyatlı olmalıyıq.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ