RU
Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib
20:20
780

Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib

İslamabad Ticarət və Sənaye Palatasında (ICCI) Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ilə Palatanın prezidenti Muhammad Shakeel Munir və idarə heyətinin üzvləri arasında görüş keçirilib.

Azərbaycanın Pakistandakı Səfirliyindən 7NEWS.Az-a verilən xəbərə görə, ICCI-nin prezidenti Muhammad Shakeel Munir ilk öncə ziyarətə görə səfir Xəzər Fərhadova təşəkkürünü ifadə edərək, Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrdən məmnunluğunu bildirib.

ICCI-nin strukturu və fəaliyyəti haqqında məlumat verən prezident, Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin daha da artırılmasında ICCI-nin gələcək fəaliyyətindən danışıb.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasından söhbət açan səfir Xəzər Fərhadov iqtisadi-ticari əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bu xüsusda son aylar ərzində görülmüş işləri diqqətə çatdırıb. X. Fərhadov Azərbaycan–Pakistan arasında idxal-ixrac məhsullarının potensialından da söz açaraq bu istiqamətdə iş adamlarının aktiv rolunun əhəmiyyətini vurğulayıb və Azərbaycan-Pakistan Birgə Komissiyası çərçivəsində, həm də iki ölkənin biznes dairələri arasında birbaşa müzakirələr nəticəsində konkret layihələrin müəyyənləşdirilərək əməli addımlar atılmasının vacibliyini qeyd edib.

Həmçinin görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından SOCAR-ın indiyə qədər Pakistana həyata keçirdiyi LNG tədarükünün əhəmiyyəti qeyd olunaraq bunun gələcəkdə davam etdirilməsinin mümkünlüyü ətrafında fikir mübadiləsi aparılıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ