Yaraqlılardan ibarət qruplaşmanın üzvləri axtarılır.
Dağıstanın cənubunda elan olunmuş anti-terror əməliyyat rejimi təqribən 200 min insanı əhatə edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları beş ovçunu qətlə yetirmiş yaraqlıları axtarır.
7news.az “Kavkazski uzel”ə istinadla xəbər verir ki, anri-terror əməliyyat rejiminin qüvvədə olduğu Məhərrəmkənd rayonunda 62 min insan yaşayır. Bu rayon Azərbaycanla həmsərhəddir. Ərazinin sahəsi 654,6 kv kilometr təşkil edir.
Xatırladaq ki, 18-19 sentyabr tarixində Süleyman-Stalsk rayonunun meşələrində hüquq-mühafizə orqanlarının əməkdaşları qətlə yetirilmiş beş yerli sakinin meyitlərini aşkar ediblər. Qətl törədilmiş yerin yaxınlığında yaraqlıların dayanacağı müəyyən olunub. Süleyman-Stalsk rayonunun dörd sakini qətldə şübhəli bilinir.
Rusiyanın İstintaq Komitəsinin Dağıstan üzrə İdarəsi bəyan edib ki, ovçuların qətlində əli olan şəxslər “Cənub” təxribatçı-terror qruplaşmasının üzvləri Həsən Məmmədyarov, Robert Məlikov və Məhəmmədəli Murliyev axtarışa verilib.
Məhərrəmkənd rayonunun cənub sərhədi üzrə Rusiyanın Azərbaycanla dövlət sərhədi keçir. Burada vətəndaşların və yüklərin keçməsi üçün gömrük postları var.
7news.az








