RU
Azərbaycanla sərhəddə erməni çoban yoxa çıxıb
13:34
965

Azərbaycanla sərhəddə erməni çoban yoxa çıxıb

Axtarış işləri səhər saat 04:24 radələrində başlayıb.

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində çoban itkin düşüb.

7News.Az-ın erməni KİV-ə  istinadən verdiyi məlumata görə, 37 yaşlı Aknaxpur kənd sakininin itkin düşməsi barədə xəbəri Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.

İyunun 6-da gecə nazirliyin xilasetmə xidmətinə həmin şəxsin qoyunları otarmağa apardığı və geri qayıtmadığı barədə məlumat daxil olub.

Axtarış işləri səhər saat 04:24 radələrində başlayıb. 

Erməni çobanın Azərbaycan tərəfə keçdiyi haqda ehtimal hələlik irəli sürülmür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ