RU
Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi genişlənib
18:02
54

Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi genişlənib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilib.

7NEWS.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sənədə əsasən komissiyanın tərkibinə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti də əlavə edilib.

Xarici İşlər Nazirliyinə edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ