Azərbaycanda ailəsini aldadaraq, işləmək adı ilə Ukraynaya gedən kişi xaricdə yenidən evlənib.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə "ATV" kanalında yaymlanan "Bizimləsən" verlişində həyat yoldaşını axtaran Əfsanə adlı qadın danışıb.
O, həyat yoldaşını çox sevdiyini bildirib:
"Sevgi olmasaydı, onun xəyanətini bağışlamazdım. O, mənim uşağımın atasıdır. Ən önəmlisi isə bir daha ata evinə qayıtmaq istəmirəm. 1 il 3 aydır, onu gözləyirəm. Bilirəm ki, orada çətindir. Mənə deyir ki, pulu olmadığına görə qayıda bilmir"
Efirdə kişinin Ukraynadakı həyat yoldaşı ilə şəkili yayımlanıb.
Əfsanə bildirib ki, həyat yoldaşı ona çox yalan danışıb:
"Bu da növbəti yalanı. Heyif, mən onu tanıyıb, ailə qurmuşam. Həm də bacımın sinif yoldaşı idi".










