RU
Azərbaycanlı aktyor koronavirusdan vəfat etdi - FOTO
14:53
144

Azərbaycanlı aktyor koronavirusdan vəfat etdi - FOTO

Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev vəfat edib. 

7News.Az-ın məlumatına görə, bu barədə aktyorun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Ə.Qurbanəliyev bu gün səhər saatlarında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

 

Qeyd edək ki, aktyor 1948-ci ildə Qobu qəsəbəsində doğulub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib.

Əvvəllər Sumqayıt Dövlət Dram teatrında aktyor işləyib. 10 aprel 1979-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 

2013-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ