«Hərdən xosbəxtlik naminə sevən gənclər mumkun gorunməyən cətinlikləri dəf etməli olur. Onların müxtəlif millətlərə və dinlərə mənsub olması isə vəziyyəti daha da mürəkkəbləşdirir”, - deyə müəllif yazır.
Arzu və onun bacıları valideynləri pul qazanmaq üçün başqa ölkədə yaşadıqları üçün nənələri Bəsti və babaları Rəşid ilə yaşayırlar. Arzu və Armen bir sinifdə ozuyur və qətiyyən yola getmirmiş.
"Armen Arzunu güdür və imkan dusən kimi cantası ilə onun kurəyindən vururmus. Bu zaman Arzu onun uzərinə hucum edir, saclarını yolmaga baslayır, dırnaqları ilə onu cırmaqlayırmıs. Muəllimlər güclə onları ayırırmıslar .
Bir dəfə tənəffüs zamanı Arzu müəllimlərin söhbətini eşidir. Onlardan biri o birinə deyir ki, " genetik nifrət buna deyərlər. Sonra da biz təəccüblənirik ki, niyə Qarabağ problemi həll edilmir”.
Vaxt keçir və yuxarı siniflərdə gənclər arasında münasibətlər dəyişir. "Arzu hiss edir ki , onda gülüş doğuran hadisələrə Armen də gülür. Armenin təəsüf etdiyi olaylar Arzunun da xoşuna gəlmir. Altıncı hissi ilə Arzu duyur ki, Armen də bu uyğunluluğu hiss edir”, - deyə M.Saradişvili yazır.
Daha sonra onlar gizli görüşməyə başlayır. Amma işin üstü gec-tez açılır. Sinif rəhbəri Arzunun nənəsini xəbərdar edir:. " Mən bilirəm ki sizin millətlər arasında düşmənçilik var və bunun axırı faciə ilə bitə bilər. Bir tədbir görün ".
Arzunun nənəsi təşvişə düşür. Babasına və valideynlərinə xəbər verir. Arzuya Armenlə görüşməyi qadağan edir və Arzuya qohum əqrəba arasında ər axtarmağa başlayırlar.
Buna baxmayaraq Arzu və Armen gizli görüşməkdə davam edir. Düz 10 il onlar güzli görüşür. Nəhayət Armen Arzuya onunla qaçmağı təklif edir, bildirir ki, artıq anasını azərbaycanlı gəlini qəbul etməyə razı salıb. Amma Arzunun buna cəsarəti çatmır. O, erməni rəfiqələrindən erməni qaynanalarının necə qəddar olması barədə eşitdiklərindən qorxur, həm də ailəsinin əksinə getməyə cəsarət etmir.
Armen onu inandırmağa çalışır ki , ailədə heç kim ona güldən ağır söz deməyəcək. Nəticədə Arzu razılaşır və şeylərini yığaraq evdən gedir. Elə həmin gün anasından belə bir mesaj alır "bu gündən sən adda övladım yoxdur”.
Düz dörd il Arzu ata evinə gedə bilmir. Çox darıxır, amma vəziyyəti dəyişə bilmir. Armenin sevgisi ona təskinlik gətirmir.
Bir gün rəfiqələrindən babasının öldüyünü eşidir. Taksiyə minərək özünü evə atır və artıq meyidin yerdən götürüldüyü ana çatır. Özünü tabutun üstünə ataraq ağlamağa başlayır. Qıraqda duran anası və bacıları ona tərəf bir addım belə atmır,tükləri belə tərpənmir.
Daha sonra Armen və Arzunun oğlu doğulur. Arzu babasının şərəfinə uşağı Rəşid adlandırır. Qaynanası narazı olsa da , Azərbaycan adı ilə erməni soyadının qəribə səsləndiyini yaxşı anlayan Armen etiraz etmir.
"Bir gün mobil telefona mesaj gəlir. Arzu ekrana baxır. Orada üç söz görür – "Nəvəmizi görmək istəyirik”. Görünür uşağın doğulması xəbəri valideynlərinə çatıb və qəzəbləri soyuyub. Qısa mesaj diplomatik münasibətlərin bərpa edilməsindən xəbər verirdi. Arzu vəziyyəti öyrənmək üçün bacısına zəng vurur.Bacısı deyir ki, hamıya ərinin yarı azərbaycanlı olduğunu deyiblər və o, evə gələ bilər”, - müəllif yazır.
Bir saatdan sonra Arzu körpəsi ilə bərabər ata evinin qapısında durur. O, ailənin onu necə qarşılayacağından hələ də qorxurdu. Amma bütün şübhələrini dəf edərək zəngi basır. Arzu yaxşı anlayırdı ki, sülh bağlamağın əsas şərti keçmişdə olan bütün umu -küsüləri unutmaq və kin saxlamamaqdır. Əks halda onu evə aparan yol hələ bir neçə il də uzana bilər...
7News.Az








