"O səs Türkiyə"nin ikinci mərhələsi fərqli formatda başlayıb.
Hər dəfəkindən fərqli olaraq bu dəfə münsiflər öz komandalarında olan iştirakçıları birbaşa məşq prosesində qiymətləndiriblər.
Yeni qaydalara görə, komanda rəhbəri 5 nəfər seçir. Məşq prosesində onları dinlədikdən sonra qərar verir. Beşlikdən biri birbaşa növbəti mərhələyə keçir. İkisi səhnəyə çıxaraq növbəti mərhələ uğrunda yarışır. Digər ikisi isə səhnəyə çıxmadan yarışmanı tərk edir.
İkinci turun ilk günündə yarışmanı səhnəyə çıxmadan tərk edənlər arasında Ebru Gündeşin komandasında olan Ofeliya və Flora bacıları da olub.
Cənubi Azərbaycandan olan iştirakçı Sara Koral isə birbaşa növbəti mərhələyə keçib.
Qeyd edək ki, Acun İlıcalının yarışmadakı yeni ideyası sosial şəbəkədə tənqid olunub. Tamaşaçılar bunun iştirakçılara qarşı hörmətsizlik olduğunu bildiriblər.
Ebru Gündeşin komandasında olan digər azərbaycanlı Rəşidə Kərim də 6 nəfərlik qrupdan birinci olaraq növbəti mərhələyə keçib./axsam
7news.az








