Moldovada yaşayan soydaşımız Ramiz Ansarov Orhey şəhərinin mer vəzifəsinə seçkinin ikinci turunda ilkin nəticələrə görə qalib gəlib.
Bu barədə Ramiz Ansarovun özü bildirib.
Mayın 31-də keçirilən seçkinin ikinci turunda seçicilərin 58 faizindən çoxu Ramiz Ansoravun lehinə səs verib.
Qeyd edək ki, mayın 17-də Orhey şəhəri meri seçkisinin birinci turunda Ramiz Ansarov namizədlər arasında ən çox səs toplayıb.
1987-ci ilin aprelin 12-də Kişineuda anadan olan R.Ansarov əslən Qərbi Azərbaycandandır, onun atası Barana (Noyemberyan) rayonunda anadan olub və böyüyüb. Sonradan ailəsi Bakı şəhərinə köçüb. Dörd oğul atası olan R.Ansarov Moldovanın ictimai-siyasi həyatında fəallıq göstərir. O, həmçinin Moldova Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi diasporumuzun inkişafına öz töhfəsini verir.










