RU
Azərbaycanlı deputat AŞPA-nın qurumuna
14:57
554

Azərbaycanlı deputat AŞPA-nın qurumuna

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri seçilib.

APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, o, bu vəzifədə fransalı deputat Tyeri Marianini əvəz edib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin üzvü ilk dəfədir AŞPA komitəsinə sədr seçilir. S. Qafarova bu vəzifədə iki il fəaliyyət göstərəcək.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ