Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Vahid Milli Hərəkat Partiyasının sıralarında qalıb.
O, bu barədə sosial şəbəkədə yazıb.
"Bütün seçicilərimin diqqətinə bir məlumatı çatdırım. Mən təmsil etdiyim Vahid Milli Hərəkat Partiyasında qalıram və fəaliyyətimi davam etdirirəm. Hər bir insanın seçiminə də hörmət edirəm".
Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyasını bir qrup şəxs tərk edib. David Bakradze, Gigi Uqulava və Gigi Bokeriyanın rəhbəri olduğu qrup Avropalı Gürcüstan adlı partiya yaradıb.
Azər Süleymanov isə Vahid Milli Hərəkat Partiyasından olan 5 həmkarı ilə birlikdə parlamentdə fraksiya şəklində təmsil olunacaq./olke.az
7news.Az








