Türkiyədə eskort saytlardan azərbaycanlı fahişələri satışa çıxaran şəbəkəyə qarşı polisin keçirdiyi əməliyyat zamanı saxlanılan, daha sonra sərbəst buraxılan Birkan Key lüks avtomobili ilə fotosunu paylaşıb.
Aparıcı və aktrisa Zuhal Tupalın təqdimatında efirə çıxan evlilik verilişində məşhurlaşan Birkan Key fotonun şərh bölməsində qurban kəsəcəyini yazıb.
"Çox şükür, maşınımla da gəzirəm, inşallah qurban da kəsəcəyəm”, - deyə B.Key qeyd edib.
Birkanın avtomobili "Porsche Panarema"nın qiyməti 80 - 100 min dollar arasında dəyişib.
Sentyabrın 13-də Türkiyənin Adana şəhərində internet üzərindən sayt qurub 700 qadına fahişəlik etdirdiyi iddia edilən şəbəkə aşkarlanıb.
Aparılan əməliyyatlar zamanı aralarında özəl kanalda evlilik verilişinə qatılan qadınların da olduğu fahişələr saxlanılıb.
Polis 54 eskort saytının Türkiyədə təxminən 700 qadına fahişəlik etdiriyini müəyyənləşdirib. Şəbəkə reklam şirkəti adı ilə fəaliyyət göstərib. Şübhəli şəxslər 3 ay ərzində polis tərəfindən izlənilib.
Əməliyyat çərçivəsində Adana başda olmaqla, İstanbul, Ankara, İzmir, Bursa, Antalya, Muğla, Kocaeli, Eskişehir, Mersin, Qaziantəp, Hatay, Şanlıurfa və Malatyada səhər saatlarında əməliyyat başlayıb.
Basqınlar zamanı şəbəkə təşkilatçılarından 23 nəfər şəxs saxlanılıb. Onlardan 2-i qadın, 20-i kişi olub. "Zuhal Topalla izdivaç" verilişində iştirak etmiş Birkanın da saxlanılanlar arasında olduğu ortaya çıxıb.
Polisin araşdırmasına görə, Birkan ikisi azərbaycanlı olmaqla 3 qadına sayt üzərindən fahişəlik etdirib. lakin Birkan Key sonradan sərbəst buraxılıb. /baku.ws
7news.Az

<iframe style="margin: 0px; padding: 0px; border-width: initial; border-style: none; outline: 0px; font-size: 15.4px; vertical-align: baseline; background: transparent; height: 0px; width: 650px; display: block;"></iframe>








